"Barselona" "Lester"in "ürəyi"ni alır - 40 milyon...

"Barselona" "Lester"in "ürəyi"ni alır -   40 milyon...
12:27 24 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" "Lester"in futbolçusu Riyad Mahrezə elçi düşüb. Fanat.Az xəbər verir ki, Kataloniya klubu artıq İngiltərə klubu ilə danışıqlara başlayıb.


"Sport"un xəbərinə görə, "Barselona" bu transfer üçün "Lester"ə 40 milyon avro təklif edir. Xəbərdə bildirilir ki, əlcəzairli futbolçu özü də Kataloniya klubunda forma geyinmək istəyir.


Qeyd edək ki, "Lester" Mahrezi 2014-cü ilin qışında Fransanın "Le Havr" klubundan 500 min avroya alıb. Hazırda "Transfermarkt" 26 yaşlı cinah hücumçusuna 30 milyon avro qiymət qoyub. Ötən mövsüm 17 qol vuraraq "Lester"in tarixində ilk dəfə çempionluq sevinci yaşamasında böyük pay sahibi olan futbolçu cari mövsümdə 36 rəsmi oyuna çıxıb və 9 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-quotlesterquotin-quoturyiquotni-alr-t57093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR