Azərbaycan neft ixracını azaltdı

Azərbaycan neft ixracını azaltdı
12:27 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 1 mln. 387 min 383,29 ABŞ dolları dəyərində 3 mln. 400 min 474,38 ton xam neft ixrac edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən verilib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 335 min 120,24 ton və ya 8,97% azdır. Məbləğ baxımından isə illik nisbətdə 446 min 888,18 dollar və ya 47,52% çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 940 min 495,11 dollar dəyərində 3 mln. 735 min 594,62 ton xam neft ixrac edilib. 
 
Qeyd edək ki, xam neft ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 83,88%-ni təşkil edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/528707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR