Rusiya Azərbaycana rəqib olmayacaq

Rusiya Azərbaycana rəqib olmayacaq
12:32 24 Mart 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya 2018/19 mövsümündə avokuboklarda final oyununu qəbul edə bilməyəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda UEFA-nın baş katibinin müavini Corcio Marketti açıqlama verib.

Onun sözlərinə görə, şimal qonşularımız Avropada klub turnirləri olan nə Çempionlar Liqası (ÇL), nə də Avropa Liqasında həlledici matçı keçirə bilər.

2019-cu ildə olacaq həm kişilər, həm də qadınlarda ÇL-nin, habelə, Avroliqanın və UEFA Superkubokun finalının seçim prosesi 2016-cı ilin dekabrın 9-da başlayıb. Bu ilin yanvarın 27-dək milli assosiasiyalar ilkin maraq göstərə bilərdirlər. Son sifarişlər isə bu ilin iyunun 6-dək edilməlidi.

Marketti bildirib ki, final matçını keçirməyə yalnız finalda təsdiqlədikləri iddiaçılar namizəd ola bilərlər: "Yeni sifariş vermək artıq olmaz. Onu unutmayın ki, Rusiya 2018-ci ildə dünya çempionatını keçirəcək. Bundan 2 il sonra isə Sankt-Peterburq AVRO-2020-nin təşkilatçı şəhərlərindən biri olacaq. Rusiya belə böyük turnirlərin təşkilatçısı rolunda çıxış edəcək. Mən onu deyə bilmərəm ki, məhz bu səbəbdən ölkə 2019-cu ldə finalların heç birinə namizəd olmadı. Rusiya bizim turnirlərin hər birinə potensial olaraq yetərincə namizəd ola bilər. Dünya çempionatından sonra orada bütün lazım olan hər şey qurulacaq".

Xatırladaq ki, AFFA tərəfindən Bakı Olimpiya Stadionu həm ÇL-nin, həm də Avropa Liqasının finalını keçirməyə namizəd irəli sürülüb. Avropanın ən nüfuzlu klub turnirində yeganə rəqibimiz Madriddi. UEFA İcraiyyə Komitəsi həlledici oyunlar qəbul edəcək milli assosiasiyaların adlarını bu ilin sentyabrında açıqlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR