Havalar isinir - PROQNOZ

Havalar isinir - PROQNOZ
12:39 24 Mart 2017
215 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sabaha olan hava proqnozunu açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Martın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq  küləyi  səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti,  gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  12-14° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək  770 mm civə sütunundan 763  mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz  60-70% təşkil edəcək.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270464

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR