Fransa təcavüzçülərlə mübarizəyə başladı - Avtobuslarda...

Fransa təcavüzçülərlə mübarizəyə başladı - Avtobuslarda...
12:53 24 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə təcavüz hallarının qarşısını almaq üçün maraqlı layihə həyata keçirilib.

Publika.az xəbər verir ki, Parisdə qadınların təhlükəsizliyinin təmin olunması və təcavüz hallarının qarşısının alınması məqsədilə gecə fəaliyyət göstərən avtobuslara xüsusi rejim tətbiq olunub.

Artıq tətbiq olunan rejimə görə, qadınlar avtobuslara dayanacaqdan kənar istədikləri yerlərdə minə və düşə biləcəklər.

Statistikaya görə, Fransada hər bir qadın ən azı bir dəfə ictimai nəqliyyatda təcavüzə məruz qalıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR