Məşhur hakimin əmisi oğlu şəhid oldu

Məşhur hakimin əmisi oğlu şəhid oldu
12:57 24 Mart 2017
131 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusu daha bir şəhid verib. Fanat.Az xəbər verir ki, PKK terrorçularının Hakkarinin Çukurca qəsəbəsində hərbçilərə xain hücumu nəticəsində Onur Dəniz şəhid olub.


Onur Dəniz sabiq FIFA referisi Səlcuk Dərəlinin əmisi oğludu. Bu barədə o, "Instagram" hesabında yazıb: "Çukurcadakı atışmada əmimiz oğlu Onur Dəniz şəhid olub. Terrora bir daha lənət olsun".


Qeyd edək ki, 47 yaşlı Səlcuk Dərəli karyerasını bitirdikdən sonra "Sözcü" qəzetində köşə yazarı kimi fəaliyyət göstərir, həmçinin Cumhuriyyət Xalq Partiyasının Çankaya şöbəsinin sədridi. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-hakimin-misi-olu-hid-oldu-t57094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR