"Qarabağ"la oyunda "qırmızı" alan futbolçu cəzalandı

"Qarabağ"la oyunda "qırmızı" alan futbolçu cəzalandı
13:07 24 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XXIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


"Zirə"nin əsas komandasının futbolçusu Akeem Latifu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib. Buna səbəb onun "Qarabağ"la oyunun 66-cı dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılması olub. "Zirə" 4 futbolçusu sarı vərəqə aldığından əlavə 800 manat cərimə ödəyəcək.


"İnter" və "Qəbələ"nin əvəzedici komandaları 400 manat cərimələnib. Belə ki, hər iki komandanın 4 üzvü müvafiq olaraq "Neftçi" və AZAL-la oyunda sarı vərəqə alıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotla-oyunda-quotqrmzquot-alan-futbolcu-czaland-t57096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR