AFFA-dan baş məşqçiyə ağır cəza

AFFA-dan baş məşqçiyə ağır cəza
13:17 24 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun XX və XXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


XX tura görə yalnız MOİK 80 manat cərimə edilib. Belə ki, ordu klubunun 4 üzvü "Zaqatala" ilə oyunda sarı vərəqə alıb.


XXI turun "Energetik" - "Şahdağ" oyunun 90+1-ci dəqiqəsində qonaqlardan Elnur Şiriyev aqresiv davranışa görə,  birbaşa qırmızı vərəqə alıb. bir dəqiqə sonra meydan sahiblərindən Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 2 oyun cəzalandırılıb, klubları 160 manat cərimə edilib. "Energetik" 4 futbolçusu sarı vərəqə aldığından əlavə 80 manat cərimə ödəyəcək.


Turun MOİK - “Şəmkir” matçının 40-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqəni  alaraq meydandan qovulub. Onun cəzası 1 oyun olub, klubu 20 manat cərimələnib. MOİK-in baş məşqçisi Ramil Əliyev matçın 60-cı dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Baş məşqçi buna görə 5 oyunluq cəza alıb, klubu 400 manat cərimə edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-dan-ba-mqciy-ar-cza-t57097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR