Ana və qızını avtomobil vurdu:

Hadisə Xocasən qəsəbəsində qeydə alınıb

Bakıda avtomobil ana və qızını vurub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, martın 23-də saat 20 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əliağa Əliyev idarə etdiyi "Daevoo" markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakinləri Şəfiqə Şirinovanı və qızı Təhminəni vurub. Nəticədə Ş.Şirinova hadisə yerində ölüb, Təhminə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR