Minik və yük avtomobilləri toqquşdu: bacı-qardaş xəsarət aldı - FOTO

Minik və yük avtomobilləri toqquşdu: bacı-qardaş xəsarət aldı - FOTO
13:22 24 Mart 2017
221 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunda minik və yük avtomobilləri toqquşub, nəticədə bacı və qardaş yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisində "Opel" markalı, 99 DA 226 dövlət nömrə nişanlı avtomobil "KamAZ" markalı, 24 BE 964 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan sərnişinlər - Lənkəran rayonunun Nüvədi kənd sakinləri, 1969-cu il təvəllüdlü Məmmədova Yeganə Şöyüb qızı və onun qardaşı, 1963-cü il təvəllüdlü Məmmədova Atəş Şöyüb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/528760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR