Yutubdan maraqlı YENİLİK

Yutubdan maraqlı YENİLİK
13:33 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Yutub son günlərin ən çox müzakirə edilən yeniliyini rəsmi olaraq tətbiq etməyə başlayıb.

Publika.az xəbər verir ki, yenilik xüsusən də videonu irəli və geri verərkən problem yaşayan istifadəçilərin arzusunu reallaşdırmış olacaq.

Guglun Yutubda tətbiq etdiyi bu yenilik sayəsində istifadəçi pleyerin sağ və sol bölümlərinə iki dəfə toxunmaqla videonu 10 saniyə irəli-geri ala biləcək.

Bu yeniliyin xüsusən mobil istifadəçilər üçün maraqlı olacağı gözlənilir.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/192351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR