Fransa prezidentliyinə namizəd Rusiyaya getdi

Fransa prezidentliyinə namizəd Rusiyaya getdi
13:47 24 Mart 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın radikal sağçı Milli Cəbhə Partiyasının lideri, prezidentliyə namizəd Marin Le Pen Rusiyaya səfər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, səfər Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin dəvəti ilə həyata keçirilir. M.Le Penin Dumanın sədri Vyaçeslav Volodin, deputatlar və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.
 
Xatırladaq ki, faşist mövqeli M. Le Pen rusiyameylli siyasətçi kimi tanınır. O, prezident seçilərsə, Krımı Rusiya ərazisi kimi tanıyacağını vəd edib.
 
Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR