Azərbaycanlı atlet Avropa rekordu vurdu

Azərbaycanlı atlet Avropa rekordu vurdu
13:53 24 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Dubayda paralimpiyaçı atletlər arasında keçirilən IX Fəza Beynəlxalq Qran-pri yarışı başa çatıb.

Publika.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi turnirin son günü daha 2 qızıl və 1 gümüş medal qazanıblar.

Belə ki, həmyerlilərimizdən Samir Nəbiyev yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz nüvəitələmə yarışında olduğu kimi diskatmada da çempion adına layiq görülüb. 46,67 m nəticə göstərən təmsilçimiz bununla yeni Avropa rekordu da müəyyənləşdirib.

Nəbiyevin komanda yoldaşı Oloxan Musayev də diskatma üzrə öz kateqoriyasında birinci yeri tutub. Nüvəitələmədə gümüş medal qazanan atlet 40,83 m nəticə göstərib.

Aktivində 1 gümüş (nüvəitələmə) və 1 bürünc medal (diskatma) olan Elvin Astanov isə nizəatmada 23,57 m nəticə ilə ikinci olub.

Beləliklə, yığmamız Qran-prini 5 qızıl, 5 gümüş və 1 bürünc medalla bitirib.

Komandamızın digər medallarına gəlincə, Zeynal Misgərli (100 m) qızıl və Vladimir Zayats (nizəatma) gümüş mükafat qazanıb. Nüvəitələmədə birinci olan Rüfət Rəfiyev isə diskatmada ikinci yerlə kifayətlənib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/192350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR