Aleksandr Lapşinin anası onunla görüşüb.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə
A.Lapşinin vəkili Eduard Çernin deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl oğlu ilə görüşmək üçün
Azərbaycana gələn Bella Lapşina ötən gün 1 saylı
Bakı İstintaq Təcridxanasında A.Lapşinlə görüşüb.
Vəkilin bildirdiyinə görə, A.Lapşin saxlanmadan şikayət
etməyib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair
işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə
ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın
dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü
parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə
təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və
dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın
15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən
Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan
Respublikasına ekstradisiya edilib.