Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac - FOTO

Gürcüstan-Azərbaycan sərhədində görünməmiş tıxac - FOTO
14:12 24 Mart 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Novruz bayramı ilə əlaqədar minlərlə insan istirahət məqsədi ilə qonşu Gürcüstana üz tutub.

Bayram ərəfəsində Azərbaycandan Gürcüstana keçiddə ciddi problemlər yaşanıb.
 
Əldə etdiyimiz məlumatda qeyd olunur ki, təxminən 400-500 avtomobil "Sınıq körpü" sərhəd keçid buraxılış məntəqəsində növbə gözləyib. Bunun səbəb isə ölkə əhalisinin bir qisminin Novruz bayramını qonşu Gürcüstanda keçirmək istəyi ilə bağlı idi.
 
İnformasiyada, həmçinin o da bildirilir ki, hazırda Azərbaycana dönüşdə də Gürcüstan tərəfdə görünməmiş tıxac yaranıb. Milli.Az bildirir ki, gununsesi.info-nun əməkdaşının verdiyi xəbərə görə, tıxacın uzunluğu təxminən, 2-3 kilometrdir. Məhz elə bu səbəbdən də sürücülər sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR