Zakir Həsənov ÖN CƏBHƏDƏ

Zakir Həsənov ÖN CƏBHƏDƏ
14:12 24 Mart 2017
162 Ölkə
Ölkə mətbuatı
A- A+

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Müdafiə nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq, onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/528784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR