UEFA biri "Barselona" olmaqla 2 klubu cəzalandırdı

UEFA biri "Barselona" olmaqla 2 klubu cəzalandırdı
14:17 24 Mart 2017
124 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasında keçirdikləri son oyunda azarkeşlərinin intizamsızlığına görə "Barselona" və "Napoli"ni cəzalandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona" 19 min, "Napoli" isə 38 min avro cərimələnib. 
 
Kataloniya klubu PSJ ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə baş verənlər səbəbindən cəza alıb. Martın 8-də "Nou Kamp"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona"ya qarşı azarkeşlərinin meydana daxil olması və komandanın yolverilməz davranışı (5 sarı vərəqə və s.) ittihamları irəli sürülüb.  Bundan başqa "Real Madrid"ə evdə 1:3 hesabı ilə uduzduğu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə Neapol təmsilçisinin azarkeşləri pirotexnika, lazer şüalarından yararlanaraq, meydana kənar əşyalar atdığına, stadionda pilləkənlər tutduğuna görə klubu əlavə xərcə salıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR