Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycan təbii qaz ixracını artırıb
14:22 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 39 min 393,75 ABŞ dolları dəyərində 326 min 719,63 kubmetr təbii qaz ixrac edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında məlumat verilib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 70 min 521,98 kubmetr və ya 27,53% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 5 min 531,85 dollar və ya 16,34% çoxdur.
 
Qeyd edək ki, 2016-cı ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycanda 33 min 861,90 dollar dəyərində 256 min 197,65 ton təbii qaz ixrac edilib.
 
Qeyd edək ki, təbii qazın ixracı Azərbaycanın bu ilin ilk 2 ayının ümumi ixracının 2,38%-ni təşkil edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/528766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR