Britaniyanın Azərbaycandakı səfirliyində bayraq endirildi

Britaniyanın Azərbaycandakı səfirliyində bayraq endirildi
14:23 24 Mart 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər. Böyük Britaniya səfirliyi ilə yanaşı Avropanın bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində də həmrəylik işarəsi olaraq dövlət bayraqları yarıyadək endirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı ilə bağlı olan britaniyalı maşını idarə edərək Vestminster körpüsündə olan bir neçə nəfəri əzib. Nəticədə 4 nəfər həlak olub, onlarla insan yaralanıb. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR