​İybilmə qabiliyyətiniz zəifləyibsə, ölə bilərsiniz...

İybilmə duyğusunun problemsiz bir şəkildə işləməsi üçün burunda olan hüceyrələr mütəmadi yenilənməlidir.

Araşdırma nəticəsində məlum olub ki, yaşlı insanların iy bilmək qabiliyyəti gənclərə nisbətdə 70 faiz azdır. Araşdırmaçılar deyir ki, iy bilmək qabiliyyəti yaxşı olan insanlar daha sağlam olur.

İybilmə duyğusunun itirilməsi şizofreniya və ağır depressiya, parkinson xəstəliyi və idrak zəifləməsi ilə də bağlı ola bilər.
Metbuat.az məlumat verir ki, Stokholmda maraqlı araşdırma aparılıb. Belə ki, araşdırmaçılar 40-90 yaş arasındakı 1174 yetkin insanı 10 il boyunca izləyiblər. İştirakçılara 4 fərqli qoxunu ayırd etmək tapşırılıb və verdikləri doğru cavaba görə, nə qədər müvəffəqiyyətli olduqları ölçülüb. “Amerika Geriatrik Cəmiyyəti”nin jurnalında dərc olunan araşdırmanın nəticəsində, iy bilmə duyğusu zəif olan insanların daha yüksək ölüm riski olduğu sübut olunub.

Elm adamları xəbərdarlıq edir: “iy bilmə qabiliyyətini itirmiş insanlar mütləq mütəxəssis müayinəsindən keçməlidir”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR