""Şahdəniz"də problem yarandı, Azərbaycandan qaz kəsildi, Rusiyadan aldıq..."

""Şahdəniz"də problem yarandı, Azərbaycandan qaz kəsildi, Rusiyadan aldıq..."
14:28 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Gürcüstanın energetika nazirinin müavini mart ayının əvvəllərində Azərbaycanın "Şahdəniz" qaz yatağında problem yarandığını və nəticədə Gürcüstana Azərbaycan qazının təchizatının dayandırıldığını açıqlayıb.

Publika.az virtualaz.org-a istinadən bildirir ki, nazir müavini Mariam Valişvili problemin nədən ibarət olduğu haqda danışmayıb, ancaq Azərbaycandan qaz təchizatının dayandırılmasına görə Rusiyadan qaz aldıqlarını deyib.

"Ayın əvvəllərində "Şahdəniz" yatağında problemlər oldu və bizdə Azərbaycan ərazisindən qaz təchizatı iki-üç gün ərzində praktiki olaraq məhdudlaşdı. Əlbəttə, biz bu halda istehlakçıların qaz təchizatını məhdudlaşdıra bilməzdik və "Qazprom"la əvvəldən bağladığımız müqavilə çərçivəsində nəzərdə tutulan və konkret şərtlərdə istifadə olunmağa hesablanan qaz həcmindən istifadə etdik"-Valişvili bildirib.

Nazir müavini bildirib ki, martın əvvəllərində Rusiyadan alınan əlavə qaz həcmindən başqa Gürcüstan yanvar-fevral aylarında "Qazprom eksport"dan 100 milyon kubmetr qaz alıb.

Xatırladaq ki, Azərbaycanda son vaxtlar əhalinin qazla təchizatında tez-tes fasilələr yaranıb, yaxud mənzillərə verilən qazın təzyiqi kəskin aşağı düşüb. "Azəriqaz" bunu hansısa təmir işləri, şəbəkənin yenilənməsi və ya qəzalarla əsaslandırıb. "Şahdəniz"də problem yarandığı barədə isə Azərbaycan rəsmilərinin hansısa açıqlamasına rast gəlinməmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/192359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR