Polina Rəhimova Yaponiyada qalib oldu - FOTO

Polina Rəhimova Yaponiyada qalib oldu - FOTO
14:37 24 Mart 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında Yaponiya çempionatının ən yaxşılarının mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Toyota"nın şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Polina Rəhimova da fərqlənənlər sırasında olub.

Çempionatı titulsuz başa vuran voleybolçumuz "altılar finalı"nın simvolik yığmasında yer alıb. O, mübarizəni dayandırdıqları həlledici mərhələnin ən yaxşı hücumçusu və topu oyuna ən yaxşı daxil edəni seçilib.  
 
Yaponiya çempionatının qalibi NEC olub. Onlar final mərhələsində "Hisamitsu"nu hər 2 qarşılaşmada 3:2 hesabı ilə məğlub ediblər. İlk "üçlüy"ü isə "Hitaçi" qapayıb.
 
Qeyd edək ki, Polina çempionatın əsas hissəsində də ən yaxşılar sırasında yer almışdı. O, ötən il də Yaponiyanın simvolik yığmasına düşmüşdü. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR