Hakimi təhqir etdi, 5 oyun olmayacaq

Hakimi təhqir etdi, 5 oyun olmayacaq
15:09 24 Mart 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, toplantıda I divizonun XXI turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
 
MOİK – “Şəmkir” görüşün 60-cı dəqiqəsində ev sahiblərinin baş məşqçisi Ramil Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun texniki zonadan uzaqlaşdırılıb və klubu 400 manat cərimə olunub. Həmçinin “hərbiçilər”in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. MOİK isə 20 manat cərimələnib.
 
Qeyd edək ki, MOİK – “Şəmkir” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270475

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR