Çindən daha bir YENİLİK - Bu tramvaylar dünyaya yayılacaq

Çindən daha bir YENİLİK - Bu tramvaylar dünyaya yayılacaq
15:33 24 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Çində hava çirklənməsi böyük problem olduğundan yaranmış fövqəladə vəziyyətdən çıxış yolu kimi nəqliyyat yanacağından imtina edilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, artıq bu istiqamətdə fəal işləmlərə başlanılıb. Xüsusən də hidrogen mühərrikli nəqliyyat vasitələrinin xəttə buraxılması nəzərdə tutulur. Ekoloji nəqliyyat növləri ilk olaraq Foşan və Quandun şəhərlərində tətbiq olunacaq. Yeni tramvaylar 20 dayanacaq vasitəsilə şəhərin bütün nöqtələrinə sakinləri çatdıracaq. Hələlik 8 belə tramvayın buraxılması planlaşdırılır. Tramvayın maksimal sürəti saatda 70 kim-dir. Salona 285 sərnişin yerləşir. Çin bu tramvayları Çexiyanın Škoda firması ilə birgə işləyib hazırlayır.

Tramvayların 2018-ci ildə xəttə buraxılacağı gözlənilir.

Qeyd edək ki, Çində çoxsaylı səneye müəssisələrinin davamlı fəaliyyəti səbəbindən ölkə ən çirki atmosferi olan ərazilərdən hesab olunur. Böyük meqapolislərdəki avtomobil və digər nəqliyyatların, eləcə də zavodların buraxdığı tullantı qazlar həyat tərzini dözülməz edib. Əhali xüsusi nəfəsqoruyucuları ilə küçəyə çıxmalı olur. Bəzi yerlərdə isə təmiz “hava məntəqələr”i quraşdırılıb ki, insanlar vaxtaşırı bu məntəqələrdə ciyərlərini “sevindirə” bilirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/192369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR