Tbilisini zibilləyənlər cərimə olunacaqlar

Tbilisini zibilləyənlər cərimə olunacaqlar
15:52 24 Mart 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 3-dən etibarən Tbilisidə (Gürcüstan) küçələrdə nəzərdə tutulmayan yerlərdə məişət və digər növ tullantıların atılmasına görə fiziki və hüquqi şəxsləri cərimə etmək səlahiyyətinə mailk xüsusi müfəttişlər növbə çəkəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla əlaqədar  ötən gün "Tbilservisqrup"un baş ofisində müfəttişlərlə görüş keçirilib. 

Gələn həftədən etibarən onlar piyada reydləri həyata keçirmək üçün hazırlıqlara başlayacaq.
Aprelin 3-dən etibarən növbəti iki həftə ərzində müfəttişlər əhalini zibili konteynerlərə atmağa çağıracaq və şəhərdə təmizliyin pozulmasına görə nəzərdə tutulan sanksiyalar barədə onlara məlumat verəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR