Türkiyə ilə Rusiya arasında "MEYVƏ MÜHARİBƏSİ" davam edir

Türkiyə ilə Rusiya arasında "MEYVƏ MÜHARİBƏSİ" davam edir
15:54 24 Mart 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyəyə planlaşdırılan rəsmi səfəri təxirə salıb. Ankara Rusiyadan təxminən 1,3 milyard dollarlıq 6 qida məhsulunu almaqdan imtina etdikdən sonra Kreml qarşı addımlar atmağa başlayıb. Nazirlik heyətinin rəsmi səfəri təxirə salınmaqla yanaşı gömrük məntəqələrində Türkiyədən gətirilən 16 ton heyva ölkə ərazisinə buraxılmayıb. "Rosselxoznadzor" heyva idxalının dayandırılmasının səbəbini bu məhsulun tərkibində zərərli maddələrin olması ilə əsaslandırıb.
 
Qeyd edək ki, iki ölkə arasında təyyarə insidentindən sonra münasibətləri normallaşdırmağa müvəffəq olan hər iki tərəf embarqoların aradan qaldırılacağına ümid edirdi. Türkiyə prezidentinin ötən ay Moskvaya səfərindən sonra Rusiya bəzi məhsullara tətbiq olunan embarqonu qaldırıb. Embaroqdan azad edilən məhsullar arasında soğan, körpə soğan, brokoli, duz, qərənfil çiçəyi və saqqız olub. Bu məhsulların ümumi dəyəri 20 milyon dollardan da azdır. Türkiyə tərəfi meyvə-tərəvəzə tətbiq olunan embarqonun qaldırılmasını istəsə də, Moskva mövqeyindən dönməyib. Buna cavab olaraq Türkiyə Rusiyadan 6 qida məhsulunun, o cümlədən ümumi dəyəri 1,3 milyard dollar təşkil edən qarğıdalı, buğda, xam günəbaxan yağı, jmıx, noxud və düyü almağı dayandırıb. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR