Meksikanın şimalındakı Tamaulipas əyalətində 29 məhkumun tunel qazaraq həbsxanadan qaçdığı bildirilir.
Metbuat.az xəbər verir ki, qaçan məhkumlardan birinin yoldan keçən şəxsi öldürərək avtomobilini oğurladığı qeyd olunub. Onlardan 12-si artıq ələ keçirilib.
Məhkumların həbsxanada 5 metr dərinliyi və 40 metr uzunluğu olan tunel qazaraq oradan qaçması müəyyən olunub. Faktla bağlı həbsxana nəzarətçilərindən 30-u haqda istintaq işi başlanılıb.
Orxan / Metbuat.az