"TANAP-ın tikintisi 70% yekunlaşıb"

"TANAP-ın tikintisi 70% yekunlaşıb"
16:05 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin 70 faizi başa çatıb".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Petkim Petrokimya Holding. A.Ş"nin baş direktoru Anar Məmmədov deyib.

Onun sözlərinə görə, TANAP Türkiyənin qza olan tələbatının bir hissəsini təmin edəcək.

"Bu layihə vasitəsilə 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya ilk qazın çatdırılması planlaşdırılır. Tikintidə heç bir ləngimə yoxdur".

Qeyd edək ki, TANAP layihəsinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr qaz təşkil edəcək. Onlardan 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi Avropaya tədarük olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/528793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR