"Bavariya" "Monako"nun ulduzu Bernardo Silvanı heyətinə qatmaq istəyir. Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, alman klubu portuqaliyalı ulduz üçün rəsmi təklif göndərməyə hazırlaşır.
İddia olunur ki, almanlar 22 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro təklif etmək niyyətindədi. "Bavariya" Bernardo Silvanı mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Xabi Alonsonun yerinə transfer etmək istəyir.
Qeyd edək ki, "Monako" Bernardo Silvanı 2015-ci ildə "Benfika"dan 15,75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub.
Fanat.Az