"Miss and Mister Turkvision" Azerbaijan 2017 gözəllik müsabiqəsinin yarımfinalı keçirildi - FOTO

"Miss and Mister Turkvision" Azerbaijan 2017 gözəllik müsabiqəsinin yarımfinalı keçirildi - FOTO
16:32 24 Mart 2017
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "XoXo Lounge "da keçirilən gecədə "Miss and Mister Turkvision" Azerbaijan 2017 gözəllik müsabiqəsinin yarımfinalı baş tutub.

"Miss & Mister Turkvision" gözəllik müsabiqəsi artıq bir neçə ildir ki, Bakıda təşkil olunur. Layihənin əsas məqsədi ölkəmizi müxtəlif xarici müsabiqələrdə layiqincə təmsil edəcək modelləri müəyyənləşdirməkdir. Bununla yanaşı qaliblərə sponsorlar tərəfindən qiymətli hədiyyələr və istirahət kuponları veriləcək.

Yarımfinaldan final mərhələsinə 28 iştirakçı seçilib (14 qız, 14 oğlan). Xanımlar və bəylər 3 mərhələdən ibarət podium yerişləri nümayiş ediblər. Podium yerişləri ilə sinxron olaraq canlı ifalar olub. Fərid Blues öz qrupu ilə gecənin şou proqramının əsas aparıcısı olub.

Münsiflər heyyəti: "ST Models" məktəbinin rəhbəri Süleyman Tənahirli , "Venera Models" agentliyinin rəhbəri Syama Həsənova, "Eurovision Song Contest 2011" qalibi Eldar Qasımov, "Turkvision 2016" qalibi Şövkət Əsədullayeva , "Best model of Azerbaijan 2004" qalibi Ilqar Əliyev, stilist Anar Ağakişiyev , dizayner Sako Abbasov, biznes ledi Ülkər Cəfərova və kosmetoloq Emilya Zahirova. Tədbirin aparıcısı - Ümid Süleymanov.

Layihənin prezidenti Süleyman Tənahirli, direktorları Cavid Quliyev və Orxan Tənahirli, baş meneceri isə Əkbər Məmmədlidir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az


























Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/528795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR