Le Pen Kremldə: Putin Qərbi öz silahı ilə vurur

Le Pen Kremldə: Putin Qərbi öz silahı ilə vurur
16:38 24 Mart 2017
128 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Fransada prezidentliyə namizəd, “Milli Cəbhə” partiyasının lideri Marina Le Peni qəbul edib.

Publika.az “TASS”-a istinadən xəbər verir ki, Vladimir Putin görüşdə Fransa ilə münasibətlərə böyük önəm verdiklərini açıqlayıb: “Biz bərabər münasibətləri dəstəkləyirik. Həm hakimiyyət, həm də müxalifət nümayəndələri ilə münasibətlər saxlayırıq”.

Putin Fransada prezident seçkiləri kampaniyası haqda danışarkən qeyd edib ki, Rusiya seçkilərə təsir etməyə hazırlaşmır.

“Lakin biz bütün siyasi qüvvələrlə ünsiyyət qurmaq hüququmuzu saxlayırıq. Necə ki, bunu ABŞ, həmçinin, Avropadakı tərəfdaşlarımız edir”, - deyə o bildirib.

Görüşdə konkret nələrin müzakirə edildiyi açıqlanmayıb.

Le Pen Putindən öncə Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinlə görüşüb.

Qeyd edək ki, Le Pen Moskva ilə münasibətlərə xüsusi önəm verilməsini dəstəkləyir, həmçinin, Rusiyaya qarşı sanksiyaların ləğvini tələb edir. O, prezident seçiləcəyi təqdirdə Fransanı NATO-dan çıxaracağını açıqlayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR