Rusiyada uçot dərəcəsi azaldıldı

Rusiyada uçot dərəcəsi azaldıldı
16:42 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rusiyada uçot dərəcəsi 0,25% azaldılaraq 9,75%-ə endirilib.

Milli.Az report.az-a istinadən bildirir ki, bununla bağlı qərarı Rusiya Mərkəzi Bankının (RMB) Direktorlar Şurası bu gün qəbul edib.

Qərar martın 27-dən qüvvəyə minəcək. Xatırladaq ki, Rusiyada uçot dərəcəsi sonuncu dəfə ötən ilin sentyabr ayında 0,5% azaldılmışdı. Bugünki iclasla bağlı proqnozlar əsasən uçot dərəcəsinin sabit saxlanılacağı istiqamətində olsa da, onlar özünü doğrultmayıb.

RMB bəyan edib ki, ölkədə inflyasiya templəri gözləniləndən də tez zəifləyir, iqtisadi aktivliyin bərpası davam edir. Bu şərtlərlə sərt pul-kredit siyasətinin yumlaşdılması ilin sonuna qədər 4%-lik qiymət artımına nail olmağa imkan verəcək. Bununla yanaşı, inflyasiyanın proqnozlara nisbətən gələcək dinamikası qiymətləndiriləcək və bunun nəticəsindən asılı olaraq ilin 2-3-cü rüblərində uçot dərəcəsinin bir qədər də aşağı salınması mümkündür. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/528797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR