ABŞ Silahlı Qüvvələrinin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kurtis Skaparotti Senatdakı dinləmələrdə Rusiyanı Dağlıq Qarabağda sabitliyi pozmaqda ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Avropa
Komandanlığının saytında yayımlanıb.
Amerikalı general qeyd edib ki, Rusiya dünyadakı sabitliyi pozur,
xüsusilə Dağlıq Qarabağda.
“Rusiya post-sovet məkanında münaqişələrin nizamlanmasına mane
olur. Moskva Ermənistanı və Azərbaycanı silahlandıraraq, Qarabağ
münaqişəsində qızışdırıcı rol oynayır. Rusiya ATƏT-in həmsədr
ölkəsi olaraq Qarabağ münaqişəsinin həllinə yardım etməlidir, lakin
Moskva Ermənistan ərazisində hələ də hərbi bazasını saxlamağda
davam edir”, - deyə general bildirib.
Amerikalı general Rusiyanın Balkanların NATO-ya inteqrasiyasının
qarşısını almaq üçün 2016-cı ildə Bosniya-Herseqovina və
Çernoqoriyadakı siyasi proseslərə açıq şəkildə qarışdığını
vurğulayıb.
O, Moskvanın Ukrayna və Gürcüstanı təhdid altında saxıladığını da
diqqətə çatdırıb.
Asif