Təravətləndiricilər xərçəngə səbəb ola bilər

Evdə və ya iş yerində otaq havasını dəyişmək üçün müxtəlif təravətləndiricilərdən istifadə edirik.

Xüsusilə də müasir binalarda kondisionerlərdən çox istifadə edildiyi üçün, otaqlarda formaldehid toplanır və insanları tədricən zəhərləyir. Belə bir şəraitdə təravətləndiricinin istifadəsi ikiqat təhlükə deməkdir.

Alimlər hava təravətləndiricilərinin tərkibində olan maddələrin insan sağlamlığı üçün təhlükəli olduğunu deyirlər. Ətirli lemonen maddəsi adi vəziyyətdə təhlükəsiz olsa da, ozonla əlaqədə formaldehidə çevrilir. Bu maddə burun qanaxmasına səbəb olaraq, xərçəng törədə bilər.

Lemonenin ziyanlı təsirindən xilas olmaq üçün otaqların havasını tez-tez dəyişmək lazımdır. Evdə hər hansı bitki və ya dibçək gülünün olması da toksik maddələrin udulmasına səbəb olur.

Təravətləndiricinin tərkibindəki kimyəvi məhsullar tənəffüs yoluna və dəriyə düşdükdə xüsusilə təhlükəlidir. O, zəiflik, başağrısı, başgicəllənməsi və ürək döyüntülərinə səbəb ola bilər.

Təravətləndiricinin miqren də yarada biləcəyi deyilir. Miqrenli xəstələrin 50 faizindən çoxu müəyyən qoxulara qarşı çox həssas olduğundan, təravətləndiricinin istifadəsi xüsusilə qadınlarda mənfi nəticələrə səbəb olur.

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən dermatoloq Araz Kazımov təravətləndiricilərdən istifadə zamanı bəzi tövsiyyələrini verib.

“Xüsusilə həssas dəri tipinə malik insanlar təravətləndiricidən istifadədən mümkün qədər çəkinməlidir. Bu, onlarda dəri səpkiləri və civzələrin, hətta kontakt dəri xərçənginin yaranmasına gətirib çıxara bilər. Tərkibində izopropil mlistat maddə olmayan təravətləndiricidən asanlıqla istifadə etmək olar. Brend markaların məhsullarının tərkibində amin xlorid olmadığından onların istifadəsi də təhlükəsizdir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR