Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq etdi

Belarus İkinci Avropa Oyunları üçün fəaliyyət planını təsdiq etdi
17:12 24 Mart 2017
160 İdman
Ölkə mətbuatı
A- A+

Belarusun Nazirlər Şurası 2019-cu ildə Belarusda keçiriləcək II Avropa Oyunlarının hazırlığı və keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, baş nazir Andrey Kobyakovun sədrliyi ilə keçirilən iclasda həmçinin II Avropa Oyunlarının keçirilməsi ilə bağlı müqavilələr, oyunların proqramı, eləcə də idman obyektlərinin tikintisi kimi məsələlər nəzərdən keçirilib.

Belarus 2016-cı ilin oktyabrında Minskdə keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 45-ci sessiyasında 2019-cu ildə II Avropa Oyunlarına ev sahibliyi etmək hüququ əldə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR