Məşhur futbolçu karyerasını başa vurdu

Məşhur futbolçu karyerasını başa vurdu
17:22 24 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisi və "Stuttgart"ın sabiq futbolçusu Kevin Kuranyi karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 35 yaşlı forvard futboldan kənar işlərlə məşğul olacağını bildirib. Kuranyi "Stuttgart", "Schalke", "Dinamo Moskva"  və "Hoffenheim" kimi klubların şərəfini qoruyub. O, bir neçə il Bundestimin də formasını geyinib. 2008-ci il 11 oktyabrda Rusiya ilə matçın əsas heyətinə düşməyən futbolçu millinin düşərgəsini özbaşına tərk etmişdi. Bundan sonra Yoahim Löv bir daha onu Almaniya millisinə çağırmamışdı. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR