Mobil telefonla çox danışanlara xəbərdarlıq

"Mobil telefonlardan uzun müddət istifadə beyin və eşitmə siniri xərçənginə səbəb ola bilər”.

Bunu Metbuat.az-a açıqlamasında onkoloq Rəna Niftəliyeva deyib: “Mobil telefonları elektromaqnit dalğaları şüalandırır. İnsan uzun müddət telefondan istifadə etdikdə, şüalamaya məruz qalır. Musiqiyə qulaq asmaq, videoya baxmaq, mobil telefondan istifadə müddətini uzadır. Bu da sağlamlığa ziyan vurur”.

ABŞ və Kanada da aparılan tədqiqatların statistikasına görə, 10 il ərzində 1 saatdan çox mobil telefonla danışan 30 faizə yaxın insanda beyin şişi və eşitmə sinirinin xoşxassəli və ya bədxassəli şişləri meydana çıxıb.

Həkim qeyd edib ki, mobil telefondan istifadənin dərəcəsi var. “Götürək metronu, vaqonda ən az 30-40 nəfər olur. Hərədə bir telefon və bu da icazə verilən dərəcədən 40 dəfə artıq şüalanmaya məruz qalmağımıza səbəb olur”.

Mütəxəssislər bizi mobil rabitədən imtinaya çağırmırlar. Sadəcə, mobil telefonlardan ifrat dərəcədə, sürəkli istifadə etmək məsləhət görülmür.

Rəna Niftəliyeva əlavə edib ki, mobil telefonla uzun müddət danışarkən qulaqcıqlardan istifadə etmək lazımdır. Yatdığınız otaqda mobil telefon saxlamayın. Uşaqları mümükün qədər mobil telefon, planşetlərdən uzaq tutun.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR