Qanın zəhərlənməsinin çarəsi tapıldı

Amerikalı həkim Pol Marik qanın zəhərlənməsinə qarşı mübarizədə yeni, effektiv bir üsul tapıb. O, hesab edir ki, buna vitamin C-ni artırmaqla, nail olmaq mümkündür.

Metbuat.az bildirir ki, Marik bu fikrə hələ 2015-ci ildə gəlib. O vaxtlar o, reanimasiyada növbətçi olarkən ora çox ağır vəziyyətdə olan 48 yaşlı qadın gətirilib.

“Onun böyrəkləri demək olar ki, fəaliyyətini dayandırmışdı. Belə hallarda isə qeyri-standart üsullar tapmaq lazım gəlir” deyə həkim bildirib.

Marik vitamin B, C və kortikosteroidi qarışdıraraq pasientin bədəninə yeridib. Qadın elə səhərisi gün yaxşılaşmağa başlayıb.

150-dən çox insan üzərində aparılan tədqiqat müsbət nəticə verib.

Alimlər bu üsulun həqiqətən də böyük nəticələr verəcəyi halda, istifadəsini artırmağı düşünür.


Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR