Londonda törədilən terror aktında şübhəli bilinən 9 nəfər saxlanılıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisədən
dərhal sonra 16 ünvana baxış keçirilib. Həmin ünvanlardan bir çox
sənəd və cihazlar maddi sübut kimi götürülüb.
Qeyd edək ki, İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz
üzərinə götürüb. Terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər
xəsarət alıb. Terrorçu - Kent qraflığının sakini, 52 yaşlı Xalid
Məsud hücum zamanı polis tərəfindən məhv edilib.