Simeone: "Qrizmanndan qalmağı tələb edə bilmərəm"

Simeone: "Qrizmanndan qalmağı tələb edə bilmərəm"
17:57 24 Mart 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

"Atletico Madrid"in baş məşqçisi Diyeqo Simeone komandanın əsas hücumçusu Antuan Qrizmannın gələcəyi ilə bağlı danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  argentinalı mütəxəsis bunları deyib:

"Qrizmann yayda "Atletico"dan gedə bilər. Onun müqaviləsində buraxılış qiyməti var, qalmasına zəmanət yoxdur. 2016-cı ilin yayında onunla danışmışdıq. Dedi ki, mən qalsam, o da qalacaq. Bundan sonra agentlərinə bildirdi ki, müqaviləsini yeniləməyə hazırdır. Qrizmannın qalmasını heç vaxt tələb edə bilmərəm. Nə Diyeqo Kosta, nə də Falkaodan bunu tələb etməmişəm. Oyunçularım qərar verməkdə mənə etibar edirlər. Bir şeyi dəqiq bilirəm. Antuan "Atletico"da olduğu müddətdə klub inkişaf edəcək".

Daha öncə "Manchester United"in 26 yaşlı forvardı transfer etməyə çalışdığı deyilirdi. Fransalı futbolçunun buraxılış qiyməti 100 milyon avrodur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR