Vayner Rəsul Abbasov canlı yayımda Fira üçün xəmir yoğurdu - FOTO

Vayner Rəsul Abbasov canlı yayımda Fira üçün xəmir yoğurdu - FOTO
18:12 24 Mart 2017
147 Şou
Ölkə mətbuatı
A- A+

Şənbə və bazar günləri efirə yayımlanan "Oyan Azərbaycan" verilişi bu dəfə də tezdən oyananlara unudulmaz anlar yaşadıb.

Veriliş ilk dəqiqələrdən fərqli formatda start götürüb. Belə ki, bu dəfə aparıcı Firuzə Cəlilovanı həmkarı, radio aparıcısı Azər Bəy müşayiət edib. Hər iki aparıcı bayram əhval-ruhiyyəsində olan xüsusi geyimləri ilə diqqət çəkib. Novruz bayramı ərəfəsində efirə yayımlanan proqramda məşhur pəhləvanlar qonaq olublar. Onlar milli rəqslərimiz sırasında özünə məxsus yeri olan Cənginin sədaları altında müxtəlif çətin və maraqlı nömrələr nümayiş etdiriblər.

Verilişin ikinci saatının qonağı isə məşhur vayner Rəsul Abbasov olub. İlk dəfə efirdə qonaq olan vayn ustası sosial şəbəkələrdə uğur qazanmağının sirlərini açıqlayıb. Daha sonra Fira həm aparıcı həmkarına, həm də vayner Rəsula çətin bir tapşırığın öhdəsindən gəlməyi tapşırıb. Studiyaya un, yumurta və bu kimi digər ərzaqlar gətiriləndən sonra aparıcı hər iki bəydən bayram şirniyyatları hazırlamaq üçün xəmir yoğurmağı tələb edib.

Daha sonra məşhur ifaçı Günay İbrahimli verilişə qatılıb. Sevilən müğənni "Oyan Azərbaycan" izləyicilərinə müxtəlif mahnılar ərmağan edib.

Verilişin 3-cü saatında qonaq olan Zəfəran Hospitalın ginekoloqu Əminə Allahverdiyeva isə telefon zəngləri ilə proqrama qoşulan tamaşaçıların çoxsaylı suallarını cavablandırıb.

Səhər proqramının bazar efirində isə həm aparıcı, həm də qonaqlar əsl bayram əhvalında olublar. İlk olaraq studiyanın bayram ovqatında olan rəngarəng və milli tərtibatı göz oxşayıb. Rəqslər, ifalar, həmsöhbətlər və xüsusiliyi ilə seçilən rubrikalar tamaşaçıların marağına səbəb olub.

Verilişin ilk musiqili qonağı Rəvan Qarayev olub. Müğənni ifalarla yanaşı Novruz adətlərindən olan yumurta döyüşündə qalib çıxmağın xüsusi yolları olduğundan da danışıb. Bu işdə özünə rəqib tanımadığını deyən Rəvan Qarayev aparıcı ilə yumurta döyüşdürüb və məğlub olub.

İrəliləyən dəqiqələrdə sevilən ifaçılar Sevda Yəhyayeva, Xatirə İslam və Nadir Qafarzadə də "Oyan Azərbaycan" izləyicilərinə bayram təbriklərini ünvanlayıblar.

Diqqət çəkən məqamlardan biri də verilişin yaradıcı heyətinin studiyada əyləşməsi olub. Milli tərzdə tikilən geyimlər geyinən əməkdaşların hər biri Novruzun fərqli adət-ənənələri haqqında məlumat verərək, hazırladıqları reportajları təqdim ediblər.

Firuzə Cəlilova  tanınmış modelyer-dizayner, Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya öz minnətdarlığını bildirib.

Veriliş bu həftə də ənənəsini pozmayaraq biri-birindən maraqlı rubrikalarına yer ayırıb. Ümumiyyətlə səhər proqramı hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar("İş verən", "Haqqım var", "Balalar bilirmi?!", "Sərhədsiz", "Xərci var", "Bilirsinizmi", "Qadın nə istəyir?!", "Biş-düş", "Kəndçi", "Möhkəm ol", "Özünü sına", "Meqapolis", "Dostum", "Düzələr", "Ulduzlu uşaq", "Uğur düsturu" və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.

Hər buraxılışda gündəmi əks etdirən mövzular həm ekspertlərlə, həm də tamaşaçılarla müzakirə olunur.

Trend.az, Day.az, Milli.Az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8:00-11:00 radələrində efirə çıxır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/528811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR