Sabiq deputatın qətl anı - VİDEO

Sabiq deputatın qətl anı - VİDEO
18:18 24 Mart 2017
189 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun Kiyevdə qətlinin görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, videoyazını “RBK-Ukrayna” agentliyinə istintaq orqanlarındakı mənbələr verib.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Denis Voronenkov martın 23-də Kiyevin mərkəzində, Puşkin küçəsində güllələnib. Onun mühafizəçisi killerə atəş aça bilib və özü də yaralanıb. Cinayəti törədən şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə ilə bağlı təhqiqat aparılır.

Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşenko yerli televiziyalara açıqlamasında deyib ki, Voronenkovun qatili Rusiya xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub. O bildirib ki, qatil 2014-cü ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

Geraşenko qatilin Ukrayna Milli Qvardiyasında 13 ay xidmət etdiyini, lakin döyüşlərdə iştirak etmədiyini söyləyib. Hazırda Ukrayna hüquq-mühafizə orqanları onun bütün fəaliyyətini araşdırır və bərabər xidmət etdiyi əsgər yoldaşlarını dindirir.

D. Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və Ukrayna vətəndaşlığı alıb. O, Ukrayna Baş Prokurorluğuna Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və sabiq prezident Viktor Yanukoviçlə bağlı ifadələr verirdi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR