Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı qaydalarında dəyişiklik edildi

13:23 7 Yanvar 2015
291 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması ilə bağlı məlumatların ötürülməsi müddətində dəyişiklik edilib.

Trend xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 4.3-1-ci bəndinin ikinci cümləsində “3 (üç)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilib.

Dəyişikliyin mahiyyətini Trend-ə açıqlayan Daxili İşlər Nazirlyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinə göndərir. Nazirlik də texniki vasitələrdən istifadə etməklə əvvəllər həmin məlumatı 3 gün müddətində DİN-ə göndərirdi və o məlumatlar mərkəzi informasiya sisteminə daxil edilirdi. Daxil olmuş məlumat əsasında BDYPİ 3 gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edirdi.

K.Əliyev qeyd edib ki, Nazirlər Kabinetinin yeni qərarı ilə məlumatın ötürülməsi müddəti indi 1 günədək azaldılıb: “Yəni etibarnamə verildiyi vaxtdan 1 gün ərzində informasiya DİN-ə ötürüləcək, biz də onu mərkəzi informasiya sisteminə daxil edəcəyik. Bu həm yol polisinin, həm də avtomobilin köhnə sürücüsünü işini bəzi məsələlərdə asanlaşdıracaq. Məsələn, etibarnaməni aldıqdan sonra sürücü 3 gün ərzində kifayət qədər qayda pozuntusuna yol ver bilər. Əvvəllər sürücü bu 3 gün ərzində yol hərəkəti qaydalarını pozduqda bazada onun barəsində informasiya olmadığından elektron protokol avtomatik olaraq avtomobili etibarnamə ilə daha əvvəl idarə edən və yaxud avtomobilin mülkiyyətçisinin adına yazılırdı. Bununla bağlı düzəliş etmək üçün isə həmin şəxs vəsatət qaldırmalı, protokol yenidən avtomobilin hazırki sürücüsünün adına dəyişdirilməli idi. İndi məlumatın ötürülməsi müddəti 1 günə endirildirildiyinə görə, belə hallara daha az təsadüf ediləcək və protokol birbaşa qaydanı pozan sürücülərin özünə yazılacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR