Ərəblər Türkiyə iqtisadiyyatına 70 mlrd. dollar pul qoyacaq

Ərəblər Türkiyə iqtisadiyyatına 70 mlrd. dollar pul qoyacaq
18:32 24 Mart 2017
Ölkə mətbuatı
A- A+

İstanbulda (Türkiyə) ənənəvi Türk-Ərəb İqtisadi Forumu keçirilib.

Milli.Az report.az-a istinadən bildirir ki, forumda ərəb ölkələrindən təxminən 500 investor iştirak edib.
İş adamları Türkiyənin baş nazirinin müavini Mehmet Şimşeklə görüşüblər. Nazir ərəb investorları ölkəsinin iqtisadiyyatına yatırımlarda fəal olmağa səsləyib.

Onun sözlərinə görə, təmsil etdiyi hökumət bu il ərəb iş adamlarının Türkiyəyə sərmayə qoyuluşunun həcminin 70 mlrd. ABŞ dollarına çatacağını gözləyir.

Qeyd edək ki, Türk-Ərəb İqtisadi Forumları 2005-ci ildən keçirilir. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/528812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR