“Aprel müharibəsi”ndən sonra oğlum...” – Ermənistanda müharibə aksiyası keçiriləcək

“Aprel müharibəsi”ndən sonra oğlum...” – Ermənistanda müharibə aksiyası keçiriləcək
18:38 24 Mart 2017
1289 Digər
Ölkə mətbuatı
A- A+

2016-cı ilin aprelində baş verən “dördgünlük müharibə”də iştirak etmiş erməni əsgərlər acınacaqlı vəziyyətdədir.

Publika.az xəbr verir ki, Ermənistan hökuməti “aprel müharibəsi”ndə döyüşmüş əsgərlərin təminatı ilə bağlı verdiyi sözü yerinə yetirmir.

Ordudan təxris olunmuş əsgərlər xüsusilə işsizlikdən əziyyət çəkirlər.

Oğlu “aprel müharibəsi”ndə döyüşmüş erməni qadınlardan biri keçmiş müdafiə naziri Seyran Ohanyana müraciət edib.

“Aysor” saytı yazır ki, “Ohanyan-Raffi-Oskanyan” blokunun seçkiqabağı kampaniyası zamanı əsgər anası Seyran Ohanyana yaxınlaşıb.

“Mənim oğlum “aprel müharibəsi”nin iştirakçısıdır. Lakin bu gün yaşaya bilmir. Mən kimdənsə pul istəmirəm, sadəcə oğluma iş istəyirəm. Mənə kömək edin”, - erməni qadın bildirib.

Ohanyan həmin qadına kömək edəcəyinə söz verib.

Ermənistan mediası “aprel müharibəsi”ndə döyüşmüüş əsgərlərin valideynlərinin etiraz aksiyası keçirməyə hazırlaşdığını yazıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/192393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR