Vladimir Putin Marin Lö Penlə görüşüb -

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə prezidentliyə namizəd, Fransa Milli Cəbhə partiyasının lideri Marin Lö Peni qəbul edib.

Metbuat.az-ın məlumatına görə, Putin Fransa ilə münasibətlərə böyük önəm verdiklərini bildirib:

"Fransa ilə münasibətlər bizim üçün çox önəmlidir. Həm iqtidar, həm də müxalifət nümayəndələri ilə münasibətlərimizi eyni səviyyədə saxlamağa çalışırıq.

Fransadakı seçim kampaniyalarına heç bir şəkildə müdaxilə etmək istəmirik. ABŞ və Avropadakı tərəfdaşlarımızın etdiyi kimi, bizim də bütün siyasi partiyaların nümayəndələri ilə görüşmək hüququmuz var".

Marin Lö Pen isə ABŞ-ın Rusiyaya tətbiq etdiyi qadağalara münasibət bildirib:

"Biz həmişə sanksiyalara qarşı çıxmışıq. ABŞ-ın tətbiq etdiyi qadağaların ədalətli olduğunu düşünmürəm".

49 yaşlı siyasətçi iki ölkə arasındakı münasibətlərə də toxunub:

"İkili münasibətlər haqqındakı fikirlərim dəyişməyib. Ümid edirəm ki, iki ay sonra fikirlərimi həyata keçirməyim üçün imkan yaranacaq. Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğumu bilirsiniz. Rusiya-Fransa əməkdaşlığı terrorla mübarizədə də olduqca vacib rol oynayır".

Xatırladaq ki, anketlərin son nəticələrinə görə, Marin Lö Pen Fransada keçiriləcək növbəti prezident seçkilərində qalib olmağa ən real namizəddir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR