İŞİD terror təşkilatı Çeçenistan Respublikasında Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Publika.az “RİA-Novoti” agentliyinə istinadən xəbər verir ki, bu barədə terrorçular və onların tərəfdarlarının internetdəki fəaliyyəti ilə bağlı monitorinq aparan “SITE Intellegence Group” xəbər yayıb.
Xatırladaq ki, bu gün həyata keçirilən hücum nəticəsində 6 hərbi qulluqçu həlak olub, üç nəfər yaralanıb. Döyüşçülər məhv edilib.
Ömər