Rusiyada xarici ölkənin sürücülük vəsiqəsi ilə işə götürülmək QADAĞAN OLUNUR

Rusiyada xarici ölkənin sürücülük vəsiqəsi ilə işə götürülmək QADAĞAN OLUNUR
19:22 24 Mart 2017
220 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il iyulun 1-dən Rusiyada sürücüləri xarici ölkənin sürücülük vəsiqəsi ilə işə götürmək qadağan olunacaq. Yeni qayda "Yol hərəkəti qaydalarının təhlükəsizliyi haqqında" Qanuna və "İnzibati qayda pozuntuları haqqında" Məcəlləyə edilmiş dəyişiklik əsasında həyata keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qaydalar avtomobilindən şəxsi məqsədlərlə istifadə edən əcnəbilərə şamil olunmayacaq. Rusiyada imtahan verib sürücülük vəsiqəsi almayan, xarici ölkənin sürücülük vəsiqəsindən istifadə edən sürücüləri işə götürənlər 50 min rubl məbləğində cərimələnəcəklər.

Rusiyada sürücülük fəaliyyətini davam etdirmək niyyətində olan əcnəbilər 2017-ci il iyulun 1-dək yol hərəkəti qaydalarından imtahan verib Rusiya Federasiyasının sürücülük vəsiqəsini almalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR