Bazarda keyfiyyətsiz akkumlyatorlar var:

Avtomobil sahibləri bazarda keyfiyyətsiz akkumlyatorların olmasından və seçim etməkdə çətinlik çəkdiklərindən şikayətçidirlər.

Metbuat.az "Xəzər xəbər"ə istinadən məlumat verir ki, sürücülər öncədən aldıqları akkumlyatorların daha çox işlədiyini deyirlər.

Hazırda bazara gətirilən və satılan akkumlyatorların qiyməti isə müxtəlifdir.

Avtomobil sahiblərinin əksəriyyəti ucuz akkumlyator almağa üstünlük verir. Ancaq mütəxəssislər bildirir ki, akkumlyator alarkən bəzi məqamlara diqqət etmək vacibdir ki, sonda aldadılmış olmayasan.

Adətən ekspertlər iki ildən az müddətə zəmanəti olan akkumlyatorları almağı məsləhət görmürlər. Çünki belə akkumlyatorların əksəriyyəti normal keyfiyyətdə olmayanlardır.

Bundan başqa, akkumlyatorun avtomobili istehsal edən zavodun təyin etdiyi parametrlərə uyğun olub-olmaması da vacibdir. Çünki avtomobilin akkumlyator üçün ayırdığı ölçüdən balaca və böyük olan akkumlyatorlar maşının işləməsinə mane ola, hətta başqa problemlərə də gətirib çıxara bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR