"Neymar Jr's Five" futbol turniri yenidən Azərbaycanda

"Neymar Jr's Five" futbol turniri yenidən Azərbaycanda
20:12 24 Mart 2017
156 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun ulduzu Neymarın şərəfinə adlandırılan "Neymar Jrs Five" gənclər arasında futbol turnirinə seçimlər növbəti dəfə ölkəmizdə keçiriləcək.

Ötən il 47 ölkədən 65 min futbolçudan ibarət 10 mindən çox komanda dünya çempionu adı uğrunda mübarizə aparıb. Azərbaycandan "DeFacto" komandası milli turnirin qalibi olub və ölkəmizi dünya çempionatının finalında təmsil etmək üçün Braziliyaya yollanmışdı. Komandamız qalib olmasa da, gənc furbolçular dünyanın ən yaxşı furbolçuları ilə oynamaq və şəxsən Neymar ilə görüşmək şansı qazanmışdılar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnir adətən altı 18-25 yaşlı oyunçudan ibarət komandalar arasında keçirilir. Amma bu il ilk dəfə olaraq hər komandaya 25 yaşdan yuxarı iki oyunçu daxil ola biləcək.

Minlərlə komanda seçmə mərhələdə qalib gəlmək üçün mübarizə aparacaq. Onların məqsədi ölkələrində çempion olub Braziliyada keçiriləcək final yarışlarına bilet qazanmaqdır. Azərbaycanda seçim mərhələsi Quba, Şəki, Gəncə və Bakıda keçiriləcək. Milli final isə mayın 6-sı Bakıda təşkil olunacaq.

Turnirin final yarışları Neymarın vətəni Praya-Qrandidə "Instituto Projeto Neymar Jr" stadionunda keçiriləcək. Neymar bu şəhərdə böyüyüb, turnirin keçirilməsi üçün əsas götürülən futbol növü olan futzal oynamağı burada öyrənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR